“BFM” televiziya kanalının sifarişi ilə “Elabe” sosial sorğu institutunun reallaşdırdığı “Birbaşa rəy” (L’Opinion en direct) adlı sosial sorğunun nəticələrinə əsasən, Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Lö Penin 2022-ci ildə Fransa prezidenti seçilmək şansı yüksəkdir.
Bizim.Media xəbər verir ki, sosial sorğunun nəticələrinə görə hər iki fransızdan biri 2022-ci il seçkilərində Marin Lö Penin qələbə çalacağını hesab edir.
MÖVZU İLƏ BAĞLI:
Öz rəhbərinizin qadın olmasını istəyirsinizmi? – ARAŞDIRMA
Seçicilərin 36 faizi isə ona səs verəcəklərini əminliklə bildiriblər. 65 yaşdan yuxarı respondentlərin 25 faizi Marin Lö Penə səs verəcəklərini qeyd ediblər.
Cari ilin iyun ayında keçiriləcək regional seçkilərlə bağlı respondentlərin 32 faizi “Milli Birlik” partiyasına səs verəcəklərini deyiblər. 47 faiz respondent bildirib ki, Marin Lö Penin partiyasına səs vermək qeyri-mümkündür.
Bizim.Media