Qəbələdə növbəti qanvermə aksiyası təşkil olunub. Səhər saatlarından başlayan humanitar aksiya zamanı könüllülər fəallığı ilə seçilib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Xəstəxananın təşkilatçılığı, Milli Hemotologiya və Transfiziologiya Mərkəzinin dəstəyi ilə keçirilən aksiyada əsas məqsəd talassemiya, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etməkdir.
Gün boyu davam edən humanitar aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, o cümlədən ictimaiyyət nümayəndələri fəallıq göstərib. Aksiya zamanı hərtərəfli müayinə olunan 198 nəfər könüllüdən qan nümunələri götürülüb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:59 / 05.07.2023
Qəbələdə qanvermə aksiyası TƏŞKİL OLUNUB - FOTO
Hazırda oxunan: Qəbələdə qanvermə aksiyası TƏŞKİL OLUNUB - FOTO
Hazırda oxunan: Qəbələdə qanvermə aksiyası TƏŞKİL OLUNUB - FOTO
144770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.