Xaricə turla, yoxsa təkbaşına getmək daha YAXŞIDIR?

Hazırda oxunan: Xaricə turla, yoxsa təkbaşına getmək daha YAXŞIDIR?

144744

Son zamanlar xaricə turla gedənlərin sayında böyük artım var. İnsanların əksəriyyəti turla həm maraqlı, həm də sərfəli səyahət imkanı olduğunu hesab edir.

Lakin bəzən tur şirkətlərindən şikayətlənənlər də olur ki, göstərilənlə təklif edilən xidmət eyni olmur.

Ümumən nəzər yetirdikdə isə bir ölkəyə getmək xərci, qalmaq və üstəlik istirahət məkanlarını tapıb tanımaq cəhətdən tur şirkətləri ilə səfər daha səmərəli və əyləncəlidir. Lakin bəzi insanlar turların səs-küylü olmasından şikayətlənirlər. 

Bəs insanlar daha çox tək yoxsa qrupla turlara üstünlük verirlər?

Bizim.Media-ya açıqlamasında Turizm Agentliyinin nümayəndəsi Ülviyyə Nəbiyeva bildirib ki, turların fərdi yaxud qrupla təşkili ölkəyə və insanların istəyinə görə dəyişə bilir:

“Bilirik ki, tur həm individual (fərdi), həm də qrupla olur. Azərbaycandan qrup şəklində eyni otelə, eyni ölkəyə, eyni tarixdə rəsmi olaraq turlar 99% halarda qeyri-mümkündür. Çünki bizdə daha çox fərdi turları sevirlər. Arabir kiçik qruplar da olur. 

Qohum, dost, kolleqalar yığışıb, bizə müraciət edirlər. Yaxud da özəlliklə 65 yaş üstü insanlar istəyir ki, Sovet vaxtında olduğu kimi, qrupla Avropaya getsin. Biz onları mövcud qrup olmayanda, Bakıdan fərdi  şəkildə göndəririk. Amma bu halda biz onları o ölkədəki rusdillli (mecbur) qruplara birləşdiririk. Beləcə onlar qrup turunda iştirak etmiş olurlar”.

Ü.Nəbiyevanın sözlərinə görə, qrup şəklində turlar fərdi turlardan daha sərfəlidir:

“Bakıdan bəzi  ölkələrə uçmaq turpaketlərlə daha münasib başa gəlir. Məsələn, Türkiyə, Misir, Monteneqro üçün hazır turpaket seçmək maddi cəhətdən daha sərfəlidir. Buraya otel, bilet və qarşılanma xidmətləri daxildir”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin