Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadə “L'Officiel Turkiye”nin yay mövsümünün üz qabığının simasi olub.
Bizim.Media xəbər verir ki, sənətçi ağ rəngdə sinə və qarın hissəsi korsetdən ibarət və topuğuna kimi uzanan transparan güpür libasda kamera qarşısına keçib.
Cavadzadənin “Sevgi uğrunda mübarizə aparmağa dəyər yeganə şeydir” şüar altında işıq üzü görən biri-birindən cazibədar və nəfiz şəkilləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Nəsrin fotosessiyadan əvvəl hazırlıq prosessindən olan görüntülərini də sosial şəbəkə hesabında yayımlayıb.
Rəşad Əliyev, Bizim.Media