İrəvanın yalanlarının İFLASI – Ağ Evin də qapısı ermənilərin ÜZÜNƏ BAĞLANDI

Hazırda oxunan: İrəvanın yalanlarının İFLASI – Ağ Evin də qapısı ermənilərin ÜZÜNƏ BAĞLANDI

144712

Vaşinqtonun Ermənistandakı səfiri Kristina Kuinn bu ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib ki, ABŞ Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin təhlükəsizliyinə inanır.

O, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını mümkün hesab edib.

“Biz bunun mümkün olduğuna inanırıq və ümid edirik ki, bütün tərəflər bunu reallığa çevirmək üçün birlikdə çalışmalıdır. ABŞ hesab edir ki, bu düzgün yanaşmadır. Biz bütün tərəfləri müəyyən edilmiş hüquqların və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylər göstərməyə çağırırıq.
Onu da qeyd etməliyəm ki, tərəflər Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməli olduğuna dair öhdəliklərinə sadiq olduqlarını təsdiqləyiblər və indi tərəflər bunu təmin etmək üçün bir yol tapmalıdırlar”, - deyə Kristina Kuin bildirib.

Bu açıqlama onu göstərir ki, ABŞ-ın Ermənistandakı səfiri yuxarıda səsləndirdiyi fikirlərlə Azərbaycanın danışıqlar prosesindəki mövqeyinə açıq dəstək verir. Ermənistan hər zaman çalışıb ki, ABŞ-ın İrəvandakı səfiri Azərbaycanla münasibətlər məsələsinə toxunarkən əsasən ermənipərəst mövqedən çıxış etsin. Amma səfir Kuinnin bu açıqlaması belə deməyə əsas verir ki, İrəvanın Qarabağ erməniləri ilə bağlı saxta təbliğatı fiaskoya uğrayıb. 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, ABŞ-ın İrəvandakı səfirinin açıqlaması Vaşinqtonun rəhbərliyilə həyata keçirilən danışıqların məntiqindən qaynaqlanır: 
 

MÖVZU İLƏ BAĞLI:

İşğal bitsə də, ermənilərin qurduğu tələlər BİTMİR... – FOTO 


“ABŞ-ın Ermənistandakı səfiri bu fikri səsləndirməklə əslində Dövlət Departamentin mövqeyini açıqlayıb. Deməli, Dövlət Departamentin mövqeyi odur ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilərlər. Bu da öz növbəsində Vaşinqtonun rəhbərliyilə həyata keçirilən danışıqların məntiqindən irəli gəlir. Danışıqlarda bu mövzu dəfələrlə müzakirə olunub və güman ki, tərəflər də məhz bu qənaətə gəliblər”. 

Həmsöhbətimizə görə, Kuinnin açıqlaması İrəvanın Qarabağ ermənilərilə bağlı bu günə qədər apardıqları təbliğatın darmadağın edildiyinin göstəricisidir: 

“İnanmıram ki, sözügedən səfir Ermənistanın da mövqeyini nəzərə almadan bu fikirləri səsləndirsin. Yeri gəlmişkən, onun açıqlamasına Ermənistan hakimiyyəti etiraz bildirməyib. Bu da ondan xəbər verir ki, belə mövqe Ermənistan rəhbərliyi tərəfindən də qəbul olunur.

Baş verən bu proses İrəvanın Qarabağ ermənilərilə bağlı indiyə qədər apardıqları təbliğatlarının iflasa uğradığını göstərir. Deməli, İrəvan diplomatik cəbhədə daha bir məğlubiyyətə uğrayır.

Belə vəziyyətin yaranması isə burada ABŞ-ın praqmatik maraqlarının üstünlük təşkil etməsindən qaynaqlanır. 

Erməni lobbisi bundan sonra da özünün destruktiv fəaliyyətini davam etdirəcək. Ancaq ABŞ rəsmiləri mövcud mövqeyi hər zaman dəstəkləsə, erməni lobbisinin hay-küy qaldırmasının heç bir əhəmiyyəti olmayacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin