Şəhərin mərkəzində yaşayanlar parklanmaya ayda 300 manat ödəyəcək?

Hazırda oxunan: Şəhərin mərkəzində yaşayanlar parklanmaya ayda 300 manat ödəyəcək?

144706

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydalarını təsdiq edib. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik müəyyənləşdirilib.

Qərar yaxın 1 ayda qüvvəyə minəcək. Və gələn aydan etibarən şəhərin mərkəzi hissəsindəki yolkənarı dayanacaqlardan istifadə etmək istəyən avtomobil sahibləri gün ərzində ən azı 2-3 manatlarından keçməli olacaq. Hələ paytaxtın mərkəzi hissəsində yaşayan, işləyən vətəndaşları demirik. Hər gün işə avtomobillə gələn şəxsin ayda 180-200 manat, və yaxud burda yaşayan avtomobil sahibinin ayda 250-300 manat dayanacaq haqqı ödəməsi reallıqdan çox uzaqdır. 
Bundan başqa yol kənarlarında avtodyanacaqların təşkili ictimai nəqliyyatın hərəkətinə əlavə problem yaradacağı ehtimalı da az deyil. Onsuz da ictimai nəqliyyatdan hazırda hər kəs narazıdır. Bu cür dayanacaqların təşkili təbii ki, ictimai nəqliyyatın intensiv hərəkətinə az və çox dərəcədə problem yaradacaq.

İctimai maraq doğuran bu və digər məsələlərə aydınlıq gətirmək üçün hökümətin yeni qərarını icra edəcək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı Bizim.Media-ya açılama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, hökümətin yeni qərarı bütün şəhəri əhatə etsə də heç də bütün küçə və prospektlərdə ödənişli dayanacaqlar olmayacaq:

“Parklanma qadağan olan xeyli küçə və prospektlər var. Qiymətlərə gəlincə deyərdim ki, münasibdir. Nəzərə alaq ki, yol kənarında avtomobil parklayan şəxslər əsasən qısa zaman üçün dayanırlar.Bundan başqa şəhərin mərkəzi hissəsinə kimsə avtomobillə gəlirsə, o adam da təbii ki 1-2 manatından keçəcəyini gözə almalıdır. Əslində bu qərarın bir hədəfi də şəhərin mərkəzində şəxsi avtomobillərin sıxlığını azaltmaqdır”. 

Ekspert yeni qərarın ərazidə yaşayan və işləyən avtomobil sahiblərinə necə şamil ediləcəyinə də aydınlıq gətirdi:

“Yeni qaydanın şəhərin mərkəzi hissəsində yaşayıb, işləyənlərə necə şamil ediləcəyindən söhbət gedirsə, deyə bilərəm ki, yeni qərarda o insanlar üçün istisnalar var. Məsələn, ərazidə yaşayan avtomobil sahibi nəzarətçi quruma müvafiq sənəd təqdim edəcəyi təqdirdə o dayanacaqdan pulsuz istifadə edə bilər. İşləyənlər üçün də müəyyən güzəştlərin olacağı təbiidir. 

Çünki, mərkəzi zonada işləyən vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəsə, bu minimum ayda 160 manat edir. Bu da kifayət qədər böyük xərcdir. Ona görə də işləyən avtomobil sahibləri üçün də müəyyən kampaniyalar nəzərdə tutulub. Yəni hər gün işə gələn vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəmək məcburiyyətində qalmayacaq”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin