Qubanın rayon mərkəzinə belə gəlməyən, kənddən heç yerə çıxmayan Xınalıq məktəblisi İbrahim Zeynalov bu gün Bakı Hava Limanından İngiltərəyə yola düşüb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna İbrahimin atası Bəhmən Zeynalov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Bir gündə məşhurlaşan Xınalıqlı İbrahim ermənilərə SƏSLƏNDİ - VİDEO
O bildirib ki, oğlu ilə birgə Quba fizika-riyaziyyat təmayüllü liseyin şagirdi Tofiq Bayramov da Böyük Britaniyaya gedib. Quba məktəbliləri əllərində Azərbaycan bayrağı tutaraq təyyarəyə miniblər.Onun sözlərinə görə,İbrahim bu mötəbər yarışa böyük həvəslə gedib.
Qeyd edək ki, İbrahim mart ayından sosial şəbəkələrdə Polşadan gələn turist Kamil Cichoçki ilə ingilis dilində sərbəst danışığı ilə gündəmə gəlib.
Bakıya dəvət olunan 13 yaşlı xınalıqlı məktəbli MÜSİAD Azərbaycan təşkilatının ofisində də olub və təşkilatın rəhbəri Rəşad Cabirli onun iki həftəlik İngiltərəyə yay istirahətinə göndəriləcəyi barədə açıqlama vermişdi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.