DİN-dən Hövsanda baş verən insidentlə bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən Hövsanda baş verən insidentlə bağlı AÇIQLAMA

144512

Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında Hövsanda baş verən insidentlə bağlı məlumat yayıb. 

Bizim.Media DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata istinadən xəbər verir ki, gecə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda şok OLAY: Şantaj olunduğunu iddia edən qadın maşına hücum ÇƏKDİ - VİDEO


Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb. 

Araşdırmalarla məlum olub ki, 1983-ci il təvəllüdlü qadın dörd il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan “Mercedes” markalı avtomobilin ön və yan şüşəsini küt alətlə sındıraraq ehtiyat hissələrini yarasız hala salıb. 
Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin