Azərbaycanda 6 ay ərzində qadın qətlləri ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA – ARAŞDIRMA 

Hazırda oxunan: Azərbaycanda 6 ay ərzində qadın qətlləri ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA – ARAŞDIRMA 

144469

Son vaxtlar Azərbaycanda məişət zorakılığının faiz göstəriciləri yüksələn xətt üzrə davam edir. Son vaxtlar mediada gündəlik rastımıza çıxan 10 xəbərdən biri qadın qətilləri ilə bağlıdır. Zərif cinsin nümayəndələrinin çoxu keçmiş həyat yoldaşları, bir qismi nikahda olduqları, yaxud da birgə yaşadıqları şəxslər tərəfindən qətlə yetirilir. 

Bizim.Media bu ilin əvvəlindən indiyədək qadın qətllərinin statistikasını araşdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

11 gündə 5 qadın ÖLDÜRÜLÜB – Zərif məxluqlara niyə ƏL QALDIRILIR? – ARAŞDIRMA 


Məlum olub ki, yanvar ayında 3 - Kürdəmir rayon sakini 1994-cü il təvəllüdlü Könül Qurbanova əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanov tərəfindən, Ağcabədidə 67 yaşlı Güldəstə Mehdiyeva həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev, Goranboy rayonunun Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədova əri 1974-cü il təvəllüdlü Atəş Ələkbərov tərəfindən qətlə yetirilib. 

Fevral ayında qatıl qətllərin sayı 10 olub. 

2 fevralda Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi, 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı, 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri, 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu, 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri, 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silahla, fevralın 17-də Lənkəran rayonu Yuxarınüvədi kəndində 1952-ci il təvəllüdlü Zümrüd Əliyeva, 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri , 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri, 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mart ayında qadın qətllərinin sayı 2 olub. 

Bərdədə 1987-ci il təvəllüdlü Günay Ələkbərova 1984-cü il təvəllüdlü Şirxan İmanov tərəfindən kafelərdən birində bıçaqlaqlanaraq, Astarada 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova keçmiş əri 1993-cü il təvəllüdlü Yusif Verdiyev tərəfindən öldürülüb.

Aprelin 13-də Bakıda Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifova həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov tərəfindən qətlə yetirilib. 

May ayının ilk 11 günündə 5 qadın qətlə yetirilib, biri isə bıçaqlanıb. 

Belə ki, mayın 4-də Tovuz şəhər sakini 1952-ci il təvəllüdlü İntizar Bağırova 1990-cı il təvəllüdlü Aynaz Alıyeva tərəfindən kirayə yaşadığı evdə amansızcasına qətlə yetirilib.

Elə həmin gün Tərtərdə 2003-cü il təvəllüdlü Leyla Məhərrəmova əri 2000-ci il təvəllüdlü Sahib Əlizadə tərəfindən bımaqlanıb. Mayın 7-də Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində tanınmış plastik-cərrah Türkan Gündüz əri tərəfindən öldürülüb.

Qadını ağır xəsarətlərlə qətlə yetirən həyat yoldaşı 1967-ci il təvəllüdlü Muhammet Gündüz Türkiyə vətəndaşıdır.  

Həmin gün daha bir qadın qətli Masallı rayonunda yaşanıb. Təzə Alvadı kənd sakini Sədaqət Səfərova  həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Qadın hadisə yerində dünyasını dəyişib. 

Mayın 10-da Bakıda 40 yaşlı qadın əri tərəfindən qətlə yetirilib. Hadisə paytaxtın Sabunçu rayonunda evlərdən birində baş verib. 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Sevinc Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu saxlanılıb. O, polisə könüllü təslim olub.

Mayda daha bir bıçaqlanma olayı Bakının Xətai rayonunda yerləşən “Təbrik" restoranında qeydə alınıb. Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.

Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti ilə bağlı məlumat yoxdur.

İyun ayında baş verən qadın qətlləri isə bunlardır:

İyunun 3-də Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İyunun 19-də Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov saxlanılıb. 

Azərbaycanda növbəti qadın qətli Sumqayıtda yaşanıb. Hadisə iyunun 26-da baş verib. 36 yaşlı Leyla Muradova həyat yoldaşı tərəfindən qətlə yetirilib. Qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Balafər Muradov polisə gələrək təslim olub. 

Qeyd edək ki, qətllərin çoxunun həyat yoldaşları tərəfindən törədilməsi diqqət çəkib.

Xatırladaq ki, 2022-ci ildə qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın qətlə yetirilib. 2021-ci ildə 70 qadın öldürülüb, 24 qadın isə xəsarət alıb.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin