"Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur".
Bizim.Media xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
Baş direktor yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verildiyini söyləyib.
Azərbaycanda bu xəritənin ən son 1957-ci ildə ərsəyə gəldiyini xatırladan Q.Yetirmişli bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır.
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 04.07.2023
"Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur" - RSXM
Hazırda oxunan: "Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur" - RSXM
Hazırda oxunan: "Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur" - RSXM
144459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.