Qurban Yetirmişli: "Binalar tikilərkən, zəlzələyə davamlılıq nəzərə alınmalıdır"

Hazırda oxunan: Qurban Yetirmişli: "Binalar tikilərkən, zəlzələyə davamlılıq nəzərə alınmalıdır"

144452

"Azərbaycan seysmoloji zonada yerləşir, binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınmalıdır" . 

Bizim.Media xəbər verir ki bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur” – Qurban Yetirmişli  


Onun sözlərinə görə, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır:

"Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq? Hər zaman demişəm, ola bilər. Azərbaycan seysmoloji zonada yerləşdiyi üçün binalar tikilərkən bu, nəzərə alınmalıdır".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin