“5,5 ballıq zəlzələnin təkrarlanması ehtimalı yoxdur” – VİDEO

Hazırda oxunan: “5,5 ballıq zəlzələnin təkrarlanması ehtimalı yoxdur” – VİDEO

144448

"5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur". 

Bizim.Media xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 5,7 bal gücündə ZƏLZƏLƏ OLUB - VİDEO


Onun sözlərinə görə, yeraltı təkanın müddəti 10 saniyədən az olub və heç bir dağıntı qeydə alınmayıb. 

Q.Yetirmişli bildirib ki, kiçik təkanlar var və olmalıdır:

"Yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdədir". 
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb. 
 

Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin