Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev Baydenə təbrik məktubu GÖNDƏRDİ
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk”, - dövlət başçısı qeyd edib.
Bizim.Media