"Havanın dəyişəcəyi ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq".
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
MÖVZU İLƏ BAĞLI:
Dənizdə təhlükəsizlik tədbirləri gücləndirilir - SOS
Onun sözlərinə görə, mart qeyri-sabit keçən aydır, bu ayda dəyişkən hava hadisələri gözləniləndir:
"Mart ayı üçün xarakterik olan güclü küləyin əsəcəyini nəzərə alaraq vətəndaşlara müraciət edirik ki, ehtiyatlı davransınlar, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamasınlar, ən əsası uşaqları küləkli havada nəzarətsiz buraxmasınlar.
Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”.
İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.
Bizim.Media