Paytaxtda 168 marşrut avtobusu GECİKİR

Hazırda oxunan: Paytaxtda 168 marşrut avtobusu GECİKİR

144419

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 53 müntəzəm marşrut xətti üzrə 168 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 14-16 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-7 dəqiqədir.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.

4. Akademik Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küçəsi) sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 5-6 dəqiqə gecikmə qeydə alınır.

5. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə müşahidə olunur.

6. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə edilir.

7. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq qeydə alınır. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə var.

8. Babək prospekti – Şəhər istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.

9. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə qeydə alınır.

10. Qara Qarayev prospekti hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.

11. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq var. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə qeydə alınır.

12. Zabrat şosesi – Şəhər qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-11 dəqiqə gecikmə müşahidə olunur.

13. Yavər Əliyev küçəsi - Aeroport şosesi istiqamətində məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 76, 78, 113, 208 və 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin