İyulun 4-nə keçən gecə Moskva Dairəvi yolundan bir neçə kilometr aralıda bir neçə saniyə fərqlə ən azı iki partlayış baş verib. Bundan əvvəl Kaluqa vilayətinin sakinləri iki təyyarə tipli dronları müşahidə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baza Telegram kanalı yayıb.
Nəticədə Moskva yaxınlığındakı Kubinkada yerləşən hərbi hissəyə hücum edilib.
İlkin məlumata görə, səhər saat 4 radələrində kamikadze pilotsuz uçan aparat hərbi hissənin ərazisində yerləşən inzibati binaya dəyib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb.
Dron hücumu Vnukovo hava limanının işinə təsir göstərib.
Şarm Əl-Şeyx, Dubay, Mahaçqala, Çelyabinsk və Novosibirskdən uçuşlar başqa hava limanlarına yönləndirilib. Ankaradan gələn təyyarə 1 saatdan artıq Vnukovo hava limanı yaxınlığında dövr edib.
Bizim.Media