Bərdədə ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB

Hazırda oxunan: Bərdədə ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB

1444

Bizm.Media-ya Respublika Baş Prokurorluğundan verilən xəbərə görə, oktyabrın 27-də 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb. Bu gün isə həmin yaralılardan daha 1 nəfər müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bununla da Bərdə terroru nəticəsində həyatını itirən mülki şəxslərin sayı 26-ya çatıb.

***

Ermənistan Bərdə şəhərində soyqırım aktı törədib.

Bizim.Media  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

 
"Ölənlərin sayı 20-yə çatır, 40-dan çox yaralı var. Hər biri günahsız sakinlərdır. Biz "Human Rights Watch" və "Amnesty İnternational"ı Ermənistanın hərbi cinayətlərini araşdırmağa dəvət edirik", - H.Hacıyev qeyd edib.

***

Baş Prokurorluğun yaydığı məlumata görə, həlak olanların sayı 19-a çatıb, 60-a yaxın şəxs isə yaralanıb.

Bizim.Media xəbər verir ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

***

Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidməti  Ermənistan tərəfinin  Bərdəni raket atəşinə tutması barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olmuş, bir neçə şəxs isə xəsarət almış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin