Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 2 nəfər həbs edilib, biri qadındır

Hazırda oxunan: Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 2 nəfər həbs edilib, biri qadındır

144368

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən iki nəfər tutulub. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir. 

Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb. 

Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin