“Bu gün hər zamankındən daha çox sizin dəstəyinizə ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin səsləndirib.
"İstəyirəm başa düşəsiniz ki, bizim “Ədalət marşı”mız (Moskvaya doğru edilən yürüşü nəzərdə tutur) satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı.
Və hesab edirəm ki, biz çox şeyə nail olmuşuq. Yaxın gələcəkdə əminəm ki, növbəti qələbələrimizi cəbhədə görəcəksiniz. Təşəkkürlər silahdaşlarım", deyə o, qeyd edib.
Bizim.Media