Masallıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edənlər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Masallı rayonunun Ərkivan qəsəbə sakini Q.Bədəlovun karantin rejiminin qaydalarını pozaraq F.Mirzəyevə məxsus restoranda oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Qonşusunun evində gizli toy etmək istədi - FOTO
Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçıları və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 9 nəfər barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Bizim.Media