Əhalinin banklara olan borcu 9 milyard manatı ötdü – HESABAT  

Hazırda oxunan: Əhalinin banklara olan borcu 9 milyard manatı ötdü – HESABAT  

144250

Cari ilin may ayının 31-nə qədər Azərbaycan vətəndaşlarının istehlak və ipoteka kreditləri üzrə banklara olan qalıq borcları 9 milyard 488,5 milyon manat olub ki, bu da ötən ilin iyun 30-na qədər olan bordan 1 milyard 650,2 milyon manat və ya 17,40 faiz çoxdur. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin iyul ayının 30-na qədər bu vəsaitin həcmi ümumilikdə 7 milyard 838,3 milyon manat təşkil edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri AÇIQLANDI


Cari dövrdə isə bankların kredit portfelinin ümumi həcmi 20 milyard 659,3 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 2 milyard 339,0 milyon manat və ya 11,32 faiz azdır. Belə ki, ötən dövrdə bu vəsait 18 milyard 320,0 milyon manat həcmində olub.  

Qeyd edək ki, Azərbaycan banklarının biznes portfelinin həcmi ötən illə müqayisədə 988,5 milyon manat və ya 8,85 faiz artaraq, 11 milyard 170,8 milyon manat təşkil edib.

İstehlak kreditlərinin həcmi ötən ilki 5 milyard 189,8 milyon manatdan 1 milyard 034,7 milyon manat və ya 16,62 faiz artaraq 6 milyard 224,5 milyon manat olub.  

İpoteka kreditlərinin ümumi həcmi isə 615,5 milyon manat və ya 18,86 faiz artaraq, 3 milyard 264,0 milyon manat təşkil edib. Belə ki, ötən dövrdə bu məbləğ 2 milyard 648,5 milyon manat həcmində olub.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin