Fransada parkinqdə dayanmış onlarla maşın etirazçılar tərəfindən yandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Bununla yanaşı, etirazçılar 250-dən çox bank filialını, 10 ticarət mərkəzini, 200 supermarketi və 250 tütün mağazasını qarət ediblər.
Qeyd edək ki, Fransada genişmiqyaslı etirazlar polis məmurunun Əlcəzair əsilli 17 yaşlı müsəlman yeniyetməni güllələyərək öldürməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub.
Bizim.Media