Qarabağda kök salan rusiyalı iş adamı Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı növbəti dəfə hücuma keçib. Yenidən onu bütün günahlarda və təbii ki, “Qarabağı təslim etməkdə” ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Ruben iddia edir ki, "bu gün baş verən hər şeyə görə məsuliyyət" Vovayeviçin üzərinə düşür. Onsuz da Paşinyan hələ 2020-ci ildə lazım olan zərbəni alıb. Ruben isə özünü elə aparır ki, guya heç nədə günahı yoxdur.
Vardanyan keçən il razılaşdırılmış ekoloji monitorinqi pozmadımı? O vaxt separatçıların “dövlət naziri” olan Vardanyan “blokada”, “aclıq” tamaşası hazırlamadımı? Yerli erməni əhalisini əslində girov saxlayan Vardanyan deyildimi? Azərbaycanın təzyiqi ilə “vəzifə”sindən uzaqlaşdırılan Vardanyan revanşist fəaliyyətini davam etdirmədimi?
İndi Vardanyan rus sülhməramlılarının müvəqqəti dislokasiya zonasındakı kəndləri gəzib, insanları “sona qədər döyüşmək üçün” yığır, danışıqlara son qoymağa çağırır, Qarabağda silahlıların təlim düşərgələrini maliyyələşdirir.
İndi o, bütün məsuliyyətini hər kəsin üzərinə atmağa çalışır, istər Ermənistanda, istərsə də Qarabağda. Niyə belə olduğu isə aydındır: rus kuratorlarının işləri indi o qədər də yaxşı getmir. Bu, heç də erməni blogerlərinin bacardığı bir iş deyil.
Ancaq gec-tez Moskvadakı müdirləri özlərinə belə sual verəcəklər:
“Ümumiyyətlə o, bizim nəyimizə lazımdır?". Vardanyan məhz bu sualın qarşısını almağa çalışır.
Ona görə də yaxın gələcəkdə Xankəndindən olan saqqallı blogerin (Ruben Vardanyan nəzərdə tutulur) yeni, heç də qəribə olmayan açıqlamaları olacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
23:28 / 02.07.2023
Vardanyan yenə Qarabağdakı etnik erməniləri döyüşə ÇAĞIRDI
Hazırda oxunan: Vardanyan yenə Qarabağdakı etnik erməniləri döyüşə ÇAĞIRDI
Hazırda oxunan: Vardanyan yenə Qarabağdakı etnik erməniləri döyüşə ÇAĞIRDI
144218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.