Türkiyədə yaşayış evlərinin kirayə haqqı artırılmayacaq

Hazırda oxunan: Türkiyədə yaşayış evlərinin kirayə haqqı artırılmayacaq

144181

Türkiyə hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dövlət qulluqçularının maaşlarının artırılmasını və iqtisadi qanun layihələrini müzakirə etməyi planlaşdırır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabineti dövlət qulluqçularının minimum əmək haqqının 22 min lirəyə (təxminən 850 dollar) artırılması, əhalinin bir hissəsinin texnika alışına görə vergi ödəməkdən azad edilməsi üçün qanun layihələrini nəzərdən keçirəcək.

Bu müddəaların baxılması üçün Parlamentə təqdim olunacaq qanunvericilik təşəbbüsləri paketinə daxil ediləcəyi gözlənilir.

Paketə təqaüdçülərə dəstək təşəbbüsləri, həmçinin 2024-cü ilin iyul ayına qədər yaşayış evlərinin kirayə haqqının 25%-dən çox artırılmasını qadağan edən müddəa daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin