Fransada iğtişaşlar zamanı etirazçılar Lail-les-Rose şəhərinin meri Vincent Jeanbrunun evinə hücum ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “France24” nəşri yayıb.
“İnsanlar həyat yoldaşım və iki azyaşlı uşağımın yatdığı evimə hücum ediblər. Sonra isə avtomobilimi yandırıblar. Hücum edənlərdən qaçmaq istəyərkən həyat yoldaşım və uşaqlarımdan biri yaralanıb” deyə o yazıb.
İğtişaşların İsveçrə və Belçikaya da yayıldığı bildirilir.
Bizim.Media