“Üç ildir eyni komandada – “Şaveş”də oynayırdım. Orada da hər şey ürəyimcə idi, özümü rahat hiss edirdim. Daha sonra “Qarabağ”dan təklif gəldi və bu, mənim diqqətimi çəkdi. Nəinki mənim, hətta ailəm üçün də maraqlı oldu. Ona görə də qərar verməkdə tərəddüd etmədim və təklifi düşünmədən qəbul etdim”.
Bizim Media xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Juninyo klubun “Youtube” kanalına müsahibəsində Ağdam təmsilçisinə keçidi barədə danışarkən deyib. Həmin müsahibənin videosunu təqdim edirik.
Rəşad Rafiqoğlu, Bizim.Media