"Otellər ulduz əldə etməsi üçün bütün şərtlər saytımızda göstərilib".
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakının bir neçə hotelinə MEDİA TUR təşkil edildi - FOTO
F.Zenqstşmid bildirib ki, müraciətidən sonra oteldə yoxlama aparır və hər hansı çatışmazlıq aşkar edilərsə həmin obyektin rəhbərliyinə natamamlığı aradan qaldırmaq üçün müəyyən vaxt verilir.
"Əgər bu kiçik çatışmazlıqdırsa otelə 6 aya qədər vaxt verilir. Daha böyük problemlər üçün isə 12 aya qədər. DTA-nın qərarı ilə razılaşmayan otellər müstəqil apeliyasiyaya müraciət edə bilərlər".
ATB rəsmisi rüsumu da açıqlayıb:
"Otellərə ulduz verilməsinə görə, rüsum 800 manatdan başlayır. Karantin dövründə otellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək".
Bizim.Media