"Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir".
Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
E.Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub:
"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ, düzgün və kreativ qərar verə bilən kadrlar lazımdır. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:19 / 01.07.2023
Qarabağda hansı sahələr üzrə kadrlara ehtiyac var? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qarabağda hansı sahələr üzrə kadrlara ehtiyac var? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qarabağda hansı sahələr üzrə kadrlara ehtiyac var? – RƏSMİ AÇIQLAMA
144007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.