Novruz şənlikləri keçiriləcəkmi? – RƏSMİ CAVAB

Hazırda oxunan: Novruz şənlikləri keçiriləcəkmi? – RƏSMİ CAVAB

14398

Azərbaycanın milli bayramına sayılı günlər qalıb. Bu il də ötən il kimi Novruz bayramı karantin rejiminə təsadüf edir. Minilliklər boyu xalqımızın dəyərlər sistemi ilə formalaşan milli bayramımız ölkədə pandemiya mövcud olana qədər təntənəli qeyd olunub.

Ötən il fevralın 28-dən etibarən ölkədə mövcud pandemiya ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlərin keçirilməsi yasaqlanıb.

 

MÖVZU İLƏ BAĞLI:

Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq - RƏSMİ


Maraqlıdır, bu il paytaxtda Novruz tədbirlərinin keçirilməsi nəzərdə tutulurmu? 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında bu barədə konkret məlumat olmadığını bildirib: 

"Hələki məlumat yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun tədbirlər görüləcək. Martın 13-də keçiriləcək brifinqdə məlum olacaq”.

Qeyd edək ki, bayram şənlikləri üçün təşkil edilən Fəvvarələr meydanındakı “Soyuq əllər, isti ürək” yarmarkası fəaliyyət göstərməsə də, 2 ildir sökülməyib.

Əvvəlki illərdə sözügedən yarmarka həm yerli, həm də xarici vətəndaşların xidmətinə verilib. 

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi aprelin 1-nə qədər davam edəcək. Hazırda epidemioloji durumla bağlı təhlükə qalmaqdadır. Son iki ayda virusa yoluxma və ölüm sayında artım müşahidə edilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin