“Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını təəssüf hissi ilə öyrəndik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun özünün “Twitter” hesabında yazıb.
“Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən səlahiyyətərini itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.
Fransa rəsmiləri və hüquq-mühafizə orqanlarının hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəyinə ümid edirik. Mən də Azərbaycan Prezidentinin köməkçisi, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına onların adından ən xoş arzularımı çatdırıram”, - deyə Altun qeyd edib.
Bizim.Media
Fransa’da Azerbaycan resmî devlet televizyonu AZTV çalışanlarının görevlerini yaptığı sırada saldırıya uğradığını üzüntüyle öğrendik.
— Fahrettin Altun (@fahrettinaltun) June 29, 2023
Avrupa’nın insan hak ve özgürlüklerinin korunması bağlamında günden güne irtifa kaybettiğini gözler önüne seren, basın ve haber alma hürriyetine…