Məhkəmə qərar verdi: Qeyri-müsəlmanlar da "Allah" sözünü işlədə bilər

Hazırda oxunan: Məhkəmə qərar verdi: Qeyri-müsəlmanlar da "Allah" sözünü işlədə bilər

14373

Malayziya məhkəməsinin qərarına əsasən qeyri-müsəlmanlar da Allahdan danışarkən "Allah" sözündən istifadə edə bilərlər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı AP agentliyi yayıb.

“Ali Məhkəmənin qərarı ilə xristian nəşrlərində "Allah" və digər üç ərəb sözünün istifadəsinə qoyulan 35 illik hökumətin qadağası ləğv edilib, qadağa konstitusiyaya zidd sayılıb”. Vəkil Anna Xavyer belə deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Səudiyyə müsəlmanlarının erməni sevgisi


Malayziyalı xristian liderlər qadağanı onsuz da əsassız sayıblar.

Onların fikrincə, Malay dilli xristianlar İncildə, dualarda və mahnılarda çoxdan "Allah" sözünü işlədirlər.

"Bugünkü qərar Malayziyadakı qeyri-müsəlmanlar üçün konstitusiyada təsbit edilən dini azadlığı bir daha sübut edir", deyə Xavyer qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin