Güləşçimiz Avropa çempionu oldu

Hazırda oxunan: Güləşçimiz Avropa çempionu oldu

143726

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.  

İlkin Qurbanov (60 kq) bolqarıstanlı Qrişa Nazaryan (6:1) və isveçli Erik Qameliusa (10:1) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov yarımfinalda gürcüstanlı Anri Xozrevanidzeyə minimal fərqlə məğlub olub - 2:3.
İlkin bürünc medal uğrunda görüşdə türkiyəli Kemal Sevgiliyə minimal fərqlə uduzub - 1:2. Kənan Abdullazadə (67 kq) macarıstanlı Şolt Takaç (6:0) və isveçrəli Frits Reberi (8:0) məğlub edərək yarımfinala adlayıb.  

Abdullazadə yarımfinalda gürcüstanlı Nika Broladzeyə "tuş"la uduzub. Kənan bürünc medal uğrunda qarşılaşmada polşalı Arslanbek Salimovdan güclü olub - 6:5.

Ruslan Nurullayev (72 kq) almaniyalı Aaron Bellşeyditlə (4:1) isveçli Karl Baffı (8:1) yolundan kənarlaşdıraraq adını yarımfinala yazdırıb.  

Nurullayev yarımfinalda ukraynalı İrfan Mirzoyevlə gərgin mübarizə şəraitində keçən mübarizədən 3:1 hesablı qələbəylə ayrılaraq finala yüksəlib. Ruslan həlledici görüşdə macarıstanlı Levente Levaya 5:3 hesabıyla qalib gələrək Avropa çempionu olub. 

İsmayıl Rzayev (82 kq) xorvatiyalı Antonio Lukaç (9:0) və serbiyalı Miloş Peroviçi (3:1) məyus edərək yarımfinala vəsiqə qazanıb.

Rzayev yarımfinalda türkiyəli Alperen Berberə müqavimət göstərə bilməyib - 0:9. Rzayev bürünc medal uğrunda görüşdə gürcüstanlı Data Çxaidzeylə bacarmayıb - 1:6. İsa Hüseynov (97 kq) təsnifat mərhələsində bolqarıstanlı Kaloyan İvanova 1:5 hesabıyla məğlub olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin