Vüqar İskəndərov: “Vətən müharibəsindən sonra yeni silahların alınması üçün bir çox kontraktlar imzalanıb”

Hazırda oxunan: Vüqar İskəndərov: “Vətən müharibəsindən sonra yeni silahların alınması üçün bir çox kontraktlar imzalanıb”

143724

“İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərməklə bir çox hərbi əməliyyatların keçirilməsində xüsusi rolu oynamışdılar.

Ümumiyyətlə, 44 günlük müharibə dövründə Azərbaycan ordusu yeni bir tarix yazmaqla dünyaya səs saldı. Bu gün Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi davam edir.

Bu isə o deməkdir ki, hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”. 

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

“Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışı zamanı qeyd etdiyi kimi ordumuz bu gün də günü gündən inkişaf edir.

Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf edir.  


Təsadüfi deyil ki, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı xeyli dərəcədə artırılmışdır. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir.
Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi”. 

Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanıb:

“Həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi prosesi davam edir.

Bu baxımdan Dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilib. Birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi...

Bütün bunlar onu deməyə əsas verir ki, bundan sonra da ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin