İtaliyada futbolçuların 88 nömrəli formanı geyinməsi qadağan olunub.
Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, 88 rəqəmi nasist lideri Adolf Hitleri xatırlatdığı üçün belə bir qərar veriliib.
İtaliya Daxili İşlər Nazirliyi ilə İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə haqqında bəyannamə imzalanıb.
Daxili işlər naziri Matteo Piantedosinin açıqladığı bəyannamədə bildirilib ki, “88” rəqəmi simvollaşdırılıb və “Heil Hitler” salamına işarədir. Bu, ölkədə neo-nasist irqçi qrupların nasist lideri Adolf Hitleri tərifləmək üçün istifadə olunur. Buna görə də futbolda oyunçuların forma nömrələrində bu rəqəmdən istifadə etməsi qadağandır.
Hazırda İtaliya A seriyasında 88 nömrəli formanı geyinən iki oyunçu - “Atalanta”da çıxış edən Mario Pasaliç və “Latsio”nun futbolçusu Toma Basiç sözügedən qərardan sonra forma nömrəsini dəyişməli olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:53 / 28.06.2023
88 nömrəli formanı geyinmək qadağan olundu
Hazırda oxunan: 88 nömrəli formanı geyinmək qadağan olundu
Hazırda oxunan: 88 nömrəli formanı geyinmək qadağan olundu
143623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.