Yerdə yatmaq üçün Səbəblər 

Hazırda oxunan: Yerdə yatmaq üçün Səbəblər 

14361

Səhər oyandıqda özünüzü hələ də yuxulu hiss edirsinizsə, bədəninizdə ağrılar varsa və nə qədər yatmış olsanız da dincələməmiş kimi hiss edirsinizsə, yerdə yatmağı sınayın.

Yerdə yatmağa üstünlük verən yaponların yataq otaqlarında çarpayı olmur. Bu sadəcə bir ənənə deyil, təcrübə və araşdırmalar görə, sağlamlıq üçün qəbul edilmiş adətlərdəndir. 

Bizim.Media yerdə yatmağın faydalarını təqdim edir:

Sərt və düz bir səthdə yatmaq beliniz üçün çox faydalıdır.  

Yumşaq bir yataqda yatmağın rahatlığı inkar edilə bilməz.Lakin döşəyiniz zamanla çökür və bu, belinizin bükülməsinə və bel ağrısına səbəb ola bilər. Mütəxəssislər döşəyiniz çox yumşaq olarsa döşəmənin altına taxta qoymağı məsləhət görürlər.

Düzgün vəziyyətdə yatmaq və yuxu zamanı onurğanın lazımi dəstəyi alması gün ərzində belinizi düz tutmağı asanlaşdıracaq.

Yerdə yatmaq qan dövranını yaxşılaşdırır.  

Təbii vəziyyətdə yatmaq qan dövranı pozğunluqlarının səbəb olduğu uyuşmanın qarşısını alır.

Səhər yataqdan qalxmaqda çətinlik çəkirsinizsə, qətiyyən tək deyilsiniz. Bir çox insan səhərləri oyanmamaq üçün müqavimət göstərir . 

Yerdə yatdıqda isə ehtiyacınız olan keyfiyyətli yuxunu tam alacaqsınız və bütün günü yatmaq istəyi o qədər də cazibədar olmadığı üçün müqavimət göstərməyəcəksiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin