"Sosial şəbəkədə yazdığım statuslar yox, özüm cəsarətliyəm. Heç zaman söz deməkdən çəkinmirəm. Haqsız bir şey görəndə heç zaman susmuram. Nədən xoşum gəlmirsə, onu deyirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Söz-baz" maqazin verilişinə müsahibəsində deyib.
Açıqsözlü sənətçi arxada danışan insanlardan uzaq qaçdığını bildirib:
"İnsanlar sözdən çox çəkinirlər. Arxada danışmağı daha çox sevirlər. Sadəcə insanların pis və yaxşı xüsusiyyətlərini tərəziyə qoyuram və fikirləşirəm ki, bu insanı ya olduğu kimi qəbul etməliyəm, yəni bu xasiyyətdir mənə qarşı göstərdiyi münasibət deyil, fikir versəm ki, başqa insana başqa münasibət göstərir mənə başqa, o zaman elə insanlardan qaçıram".
Nura deyir ki, heç bir məsələni özünə problem etmir:
"Mən həm aparıcı, həm müğənni həm də ictimai xadiməm. Sözümü deməyi bacarıram. İnsanların probleminə biganə yanaşmıram. Heç kim xətrimə dəyə bilməz. Kim nə deyir və nə edirsə, öz içində olanları göstərir. Mən deyiləm yəni... Kimin ağzından nə söz çıxırsa, onun özünə aid bir şeylərdir".
Özünü gözəl hesab etmədiyini söyləyən Nura gözəl qalmaq üçün çox zaman sərf etdiyini vurğulayıb:
"Özümü heç zaman gözəl hesab etməmişəm. Əgər gözəl olsaydım, bu qədər gözəl görünmək üçün əziyyət çəkməzdim. İdman, baxım prosedurları... Bütün bu işlərə çox vaxtım gedir, çox..."
Rəşad Əliyev, Bizim.Media