Lukaşenko: “Priqojinlə telefon danışığının ilk 30 dəqiqəsi söyüşlərdən ibarət idi” – VİDEO 

Hazırda oxunan: Lukaşenko: “Priqojinlə telefon danışığının ilk 30 dəqiqəsi söyüşlərdən ibarət idi” – VİDEO 

143576

“İyunun 24-ü saat 11.00-da Priqojinə zəng etdim. Doğrudur, Putin mənə demişdi ki, o telefonu götürməyəcək. Lakin zəngimə dərhal cavab verildi”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə danışıqların detallarını açıqlayarkən deyib. 

“Priqojin tam eyforiya içərisində idi. Danışıqların ilk raundunda 30 dəqiqə söyüşlə danışdıq. Normal dialoqdan 10 dəfə çox söyüş söyülürdü. O ilk olaraq, təbii ki, məndən üzr istədi, daha sonra nalayiq ifadələr səsləndirməyə başladı. 
Başa düşürəm, onlar ön cəbhədən gələn oğlanlardır. Minlərlə cəsəd görüblər. Ona görə də çox tez inciyirlər. Belə bir yarı-dəli vəziyyətdə onunla danışıqlar aparırdım. 

Priqojindən soruşdum, “niyə orada mülki vətəndaşlardan, hərbçilərdən sizə qarşı çıxmayan birini öldürdünüz?” O isə cavabında bildirdi ki, "Aleksandr Qriqoryeviç, sizə and olsun ki, biz heç kimə toxunmamışıq.

Yalnız qərargahı zəbt etmişik və mən buradayam". Beləcə həqiqət olduğu kimi ortaya çıxdı. Bu çox vacib idi. Qeyd edək ki, “vaqnerçi”lərin Rostova girərək heç kimə toxunmamaları çox vacib idi”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin