Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Cəbəllüttariqin “Linkoln” komandası arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb.
Bizim.Media xəbər verir ki, UEFA bu qarşılaşmanı Latviyadan olan hakimlər briqadasına tapşırıb.
Matçın baş hakimi Vitali Spasyonnikov olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Aleksandr Anufriyev yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la ilk oyunu iyulun 11-də Cəbəllüttariqdəki “Viktoriya” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:16 / 27.06.2023
“Qarabağ”ın Çempionlar Liqasındakı ilk görüşünün hakimləri BƏLLİ OLDU
Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasındakı ilk görüşünün hakimləri BƏLLİ OLDU
Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasındakı ilk görüşünün hakimləri BƏLLİ OLDU
143565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.