Azərbaycanın idxal və ixrac əməliyyatlarında KƏSKİN ARTIM 

Hazırda oxunan: Azərbaycanın idxal və ixrac əməliyyatlarında KƏSKİN ARTIM 

143511

2023-cü ilin yanvar-may aylarında Azərbaycana daxil olan və çıxarılan yüklərin ümumi həcmi 26 milyon 207 min 329 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 846 min 184 ton və ya 10,86 faiz çoxdur. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin bu ilin ilk 5 ayına əsasən hazırladığı hesabatına istinadən xəbər verir ki, bu həcm 2022-ci ildə 23 milyon 361 min 145 ton təşkil edib.  

Qeyd edək ki, cari dövrdə daşınan yüklərin 20 milyon 892 min 693 tonu ixraca, 5 milyon 314 min 636 tonu isə idxala aid olub. Bu da onu göstərir ki, beş ay ərzində Azərbaycanın ixrac imkanları idxala nisbətən 74,56 faiz artıb.  
Bir sözlə, ölkəmizin istehsal gücü artdıqca, ixracı gücü da artmağa doğru gedir. İxrac edilən yüklərin əsas hissəsi, yəni 18 milyon 723 min 280 tonu stasionar nəqletmə vasitələri ilə daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövründəki həcmdən 296 min 704 ton və ya 1,59 faiz çoxdur. Belə ki, ötən dövrdə bu həcm 18 milyon 426 min 576 ton təşkil edib.  

Daşınan yüklərin 1 milyon 327 min 557 tonu dəmir yolu nəqliyyatı, 772 min 680 tonu avtomobil nəqliyyatı, 38 min 079 tonu hava nəqliyyatı, 20 min 433 tonu isə dəniz nəqliyyatı  vasitəsilə daşınıb.  

Ölkəmizə idxal olunan yüklərin ümumi həcmi cari dövrdə 5 milyon 314 min 636 ton, ötən dövrdə isə 3 milyon 150 min 635 ton təşkil edib. Bu da onu göstərir ki, bir il ərzində idxalda 2 milyon 164 min ton və 40,71 faiz artım baş verib və ölkəmiz hələ də idxaldan asılılığını hələ də azalda bilmir, əksinə daha da atırır.  

Daşınan yüklərin böyük hissəsi dəmiryolu nəqliyyatı vasitəsilə daşınıb ki, bunun ümumi həcmi 1 milyon 913 min 394 ton təşkil edib.

Avtomobil nəqliyyatı vasitəsilə ölkəyə daxil olan yüklərin ümumi çəkisi 1 milyon 329 min 594 ton, dəniz nəqliyyatı vasitəsilə daxil olan yüklərin ümumi çəkisi 1 milyon 102 min 221 ton təşkil edib.  

Stasionar nəqletmə vasitələri ilə ölkəyə idxal olunan yüklərin həcmi isə az olub ki, bu da 942 min 655 ton olub. Özü hərəkət edən vasitələrlə daxil olan yüklərin həcmi isə 22 min 316 tondan bir qədər çox olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin