Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın gömrük orqanları xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 463 milyon 787 min manat və ya 18,35 faiz artıb.
Bizim.Media Dövlət Gömrük Komitəsinin bu ilin ilk 5 ayına əsasən hazırladığı hesabatına istinadən xəbər verir ki, cari ildə bu dəyər 2 milyard 527 milyon 580.80 min manat, ötən dövrdə isə 2 milyard 063 milyon 793.70 min manat olub.
Büdcəyə daxil olan vəsaitlərin əsas hissəsi ƏDV üzrə təşkil edir ki, bunun da ümumi dəyəri 1 milyard 802 milyon 573.10 min manat, ötən il isə 1 milyard 472 milyon 598.60 min manat olub. Burdan da aydın olur ki, bir il ərzində bu vəsaitlərdə 329 milyon 974,5 min manat artım baş verib.
Cari dövrdə büdcəyə daxil olan vəsaitlərin 625 milyon 175.40 min manatı gömrük rüsumları üzrə olub. Ötən il isə bu daxilolma 514 milyon 391.90 min manat həcmində olub.
Hesablamalardan da görünür ki, bir il ərzində 110 milyon 783,5 min manat və ya 1,77 faiz artım artım baş verib.
Cari ildə büdcə daxilolmalarının 53 milyon 470.60 min manatı aksizlər, 23 milyon 332.60 min manatı isə yol vergisi üzrə təşkil edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 27.06.2023
Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olmaların həcmində BÖYÜK ARTIM
Hazırda oxunan: Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olmaların həcmində BÖYÜK ARTIM
Hazırda oxunan: Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olmaların həcmində BÖYÜK ARTIM
143494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.