2023-cü il klublararası dünya çempionatına Səudiyyə Ərəbistanının Ciddə şəhəri ev sahibliyi edəcək.
Bizim.Media xəbər verir ki, bu qərar FİFA nümayəndə heyətinin “King Abdullah Sports City” arenasına, Şahzadə Abdullah Əl-Feysal adına stadiona, eləcə də yaşayış və məşq obyektlərinə səfəri zamanı qəbul edilib.
Turnir 12-22 dekabr 2023-cü il tarixlərində baş tutacaq. UEFA-dan “Mançester Siti” 2022/23 mövsümü üçün Çempionlar Liqasının qalibi kimi bu yarışda iştirak edəcək.
Asiyanı “Urava Red Diamonds” (Yaponiya) komandası təmsil edəcək. Bundan başqa, “Əl-Əhli” (Misir), “Leon” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya) və “Əl-İttihad” (Səudiyyə Ərəbistanı) komandaları da çıxış edəcək. Cənubi Amerika Futbol Konfederasiyasından (KONMEBOL) isə iştirakçı müəyyənləşməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:17 / 26.06.2023
Klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək
Hazırda oxunan: Klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək
Hazırda oxunan: Klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək
143463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.