Azərbaycan taekvondoçusu Taleh Süleymanov (87 kq) Polşada keçirilən III Avropa Oyunlarını medalsız başa vurub.
Bizim.Media xəbər verir ki, T.Süleymanovun səkkizdəbir finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxmanın növbəti mərhələdə məğlub olması idmançımızın medalsız qalmasına səbəb olub.
Beləliklə, Azərbaycan taekvondoçuları yarışı iki medalla başa vurublar. Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunur.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:17 / 26.06.2023
Taekvondoçularımız III Avropa Oyunlarını iki medalla başa vurublar
Hazırda oxunan: Taekvondoçularımız III Avropa Oyunlarını iki medalla başa vurublar
Hazırda oxunan: Taekvondoçularımız III Avropa Oyunlarını iki medalla başa vurublar
143446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.