Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların satışı niyə əl  yandırır, səbəb nədir? - ARAŞDIRMA

Hazırda oxunan: Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların satışı niyə əl  yandırır, səbəb nədir? - ARAŞDIRMA

143427

Müqəddəs bayramımız olan Qurban bayramına sayılı günlər qalıb. Bu bayramda niyyət edən hər kəs qurbanlar kəsərək ehsanlar verir. Bəs görəsən bu qurbanlıq heyvanları almağa hər kəsin büdcəsi yetirmi və bu il qiymətlərin artması onlara necə təsir edir?

Bizim.Media-nın Aran bürosu bu mövzunu Göyçay rayon mal bazarında araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bayramqabağı heyvan bazarında SON VƏZİYYƏT - VİDEO 


Müşahidələrimiz zamanı iri və xırda buynuzlu heyvanlar arasında kəskin qiymət artımının şahidi olduq.

Belə ki, ötən il qiyməti 130 manata satılan qoyunun bu il 220-240 manata satılır. Bu da öz növbəsində qiymətlərin 60-70 faiz artmasından xəbər verir. Müşahidələrimiz zamanı bazarda satıcıların sayı alıcıların sayından çox idi.

Bu isə alıcılıq qabiliyyətinin kəskin az olmasından xəbər verir. Alıcılardan qiymət artımının səbəbini soruşduqda onlar mal yeminin otun, eləcədə dərman qiymətlərinin artması ilə əlaqələndirdilər.

Satıcı Ağasəlim Vahidov Bizim.Media-nın yerli bürosuna bildirdi ki, artıq əvvəlki illərdə olduğu kimi çoxlu heyvan saxlamaq mümkün deyil.

Bu səbəbdən də bazarlarda heyvan sayı azalıb və qiymət artımına səbəb olub. Alıcılar isə qiymətlərin əl yandıran olduğunu bildirdilər. Belə ki, onlar ötən illə müqayisədə qiymətlərin 60-70 faiz artdığını iddia edirlər. Müsahibimiz İlkağa Hadıyev deyir ki, ötən il 3 ədəd qurbanlıq alıb kəsmişdim amma bu il birini ala bilsəm sevinərəm. Qiymətlər cibimizə uyğun deyil. 

Xırdabuynuzlu heyvan bazarından fərqli olaraq iribuynuzlu heyvan bazarında durğunluq daha çox hiss olunur. Ətlik heyvanların qiymətinin artması iribuynuzlu heyvan bazarına daha çox təsir edib.

Bir neçə ay əvvəl günə 300 -350 kq ət satan satıcı son iki ayda günə heç 100 -150 kq ət sata bilmədiyini deyir.

Göyçay mal bazarının nəzarətçisi Həsənağa Həsənzadə deyir ki, Qurban bayramı ilə əlaqədar bazara gün ərzində 1000 yaxın iri və xırda buynuzlu mal çıxarılır.

Bayramla əlaqədar bazarda nəzarət tədbirləri gücləndirilib.Qurban bayramı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinində mövqeyini öyrənməyə çalışdıq.

Qurumun mətbuat katibi İlkin Kərimov Bizim.Media-nın Aran bürosuna bildirdi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 28-29 iyun Qurban bayramı günlərində müvafiq qurumlarla birlikdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışı müvafiq norma və qaydalara uyğun rahat həyata keçrilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların kəsimi və satışı xidmətləri təşkil olunacaq.

Ölkə üzrə 138 ünvanda təşkil olunacaq kəsim və satış məntəqələrinin 80-də həm kəsim həm satış 46-da qurbanlıq heyvanların satışı 12-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Həmin satış məntəqlərində baytarlıq nəzarətindən keçmiş və sanitar gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Bununla yanaşı regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılmasıda nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək.
















Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin