N saylı hərbi hissənin şəxsi heyyəti Bərdə şəhəri daxilində 3 km yürüş edərək tədbiri başa vurub.
Bizim.Media-nın hərbi mənbələrdən əldə etdiyi maraqlı xəbərə görə, paradın əvvəlindən hərəkət edən kolona bir qızcığaz yoldaşlıq edir.
O əsgəri yürüşlə uzun yol qət edərək şəxsi heyyətə yoldaşlıq etməklə yanaşı stimul verib.
Görüntülər parad heyyətində və şəhər sakinlərinə qürurlu anlar yaşadıb. Bizim.Media həmin görüntüləri sizə təqdim edirik:
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu