Lerikdə turla istirahətə gedən şəxs faciəvi şəkildə ÖLDÜ  

Hazırda oxunan: Lerikdə turla istirahətə gedən şəxs faciəvi şəkildə ÖLDÜ  

143411

Lerik rayonunda bədbəxt hadisə baş verib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Qaradağ rayonu, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev gəzinti zamanı ehtiyatsız davranıb. 

O, 80 metr dərinlikdə olan dərəyə yıxılıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub Mərkəzinin Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub. 

Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyiti dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 
Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin