Ötən il SOCAR-ın aktivlərinin ümumi dəyəri 16,5 faiz artıb - HESABAT

Hazırda oxunan: Ötən il SOCAR-ın aktivlərinin ümumi dəyəri 16,5 faiz artıb - HESABAT

143406

2022-ci ilin dekabrın 31-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ümumi aktivləri əvvəlki illə müqayisədə 16,5 faiz yüksələrək 80,84 milyard manata çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın 2022-ci ili əhatə edən maliyyə hesabatında əks olunub. 

Belə ki, 2021-ci ildə bu aktivlərin ümumi dəyəri 69,357 milyard manat təşkil edib. 

Bunun 33,43 milyard manatı cari aktivlərə, 47,404 milyard manatı isə uzunmüddətli aktivlərə aiddir. 2021-ci illə müqayisədə cari aktivlər 39,6 faiz, uzunmüddətli aktivlər isə 4,20 faiz artıb.

Necə ki, bunlar həmin ildə müvafiq olaraq, 23,940 milyard manat və 45,417 milyard manat təşkil edib. 
Ötən ilki aktivlərin 12,490 milyard manatı pul vəsaitləri və onun ekvivalentlərinə, 305 milyon manatı məhdudlaşdırılmış pul vəsaitlərinə, 528 milyon manatı depozitlərə, 9,730 milyard manatı ticarət və sair deputor borclarına, 2,504 manatı mal-material ehtiyatlarına, 5,527 milyard manatı satış üçün saxlanılan aktivlərə, 2,245 milyard manatı cari maliyyə aktivlərinə, 102 milyon manatı isə cari aktivlərə aid olub. 

Uzunmüddətli aktivlərin ən böyük hissəsi 29,901 milyard manatı əmlak, tikili və avadanlıqlara yatırılıb ki, bu da özündən əvvəlki illə müqayisədə 1 milyard manat və ya 3,23 faiz azdır, yəni 2021-ci ildə bu akrivlər 30,901 milyard manat həcmində olub.

Digərləri isə  qeyri-maddi aktivlərə aiddir ki, bunun da maliyyə dəyəri 6,299 milyard manat olub. Bu da 2021-ci ildəki 5,024 manatdan 1,275 milyard manat və ya 20,24 faiz çoxdur. 

Ötən il asılı müəssisələrə yatırılan investisiyanın ümumi həcmi 4,487 milyard manat, 2021-ci ildə isə 4,228 milyard manat təşkil edib. Aydın olur ki, bir il ərzində 253 milyon manat və ya 5,64 faiz artıb baş verib. Uzunmüddətli maliyyə aktivlərinin ötənilki ümumi dəyəri 3,011 milyard manat, 2021-ci ildə isə 1,975 milyard manat, bir illik artım isə 1 milyard 036 manat olub. Yəni, bu artım 34,41 faiz təşkil edib. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin