Bakıda ticarət dövriyyəsinin həcmi 4,2 faiz artıb - STATİSTİKA

Hazırda oxunan: Bakıda ticarət dövriyyəsinin həcmi 4,2 faiz artıb - STATİSTİKA

143395

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2 faiz artaraq 12 milyard 010,3 milyon manat olub.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 6 milyard 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 % azalaraq 5 milyard 443,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq, o cümlədən 12 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %,  ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,1 % artıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin