Prezident İlham Əliyev “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 21-7-ci, 35-1-ci və 35-2-ci hissələr əlavə edilsin:
“21-7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu”;
“35-1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geoloji Kəşfiyyat Agentliyi”
35-2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”;
1.2. 39-cu hissənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 40 – 47-ci hissələr əlavə edilsin:
“40. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi”
41. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi
42. Azərbaycan Elm Fondu
43. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”
44. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı”
45. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
46. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
47. Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti.”.
2.Bu Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:47 / 25.06.2023
Bu publik hüquqi şəxslər əlavə dəyər vergisindən azad olundu - SİYAHI
Hazırda oxunan: Bu publik hüquqi şəxslər əlavə dəyər vergisindən azad olundu - SİYAHI
Hazırda oxunan: Bu publik hüquqi şəxslər əlavə dəyər vergisindən azad olundu - SİYAHI
143315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.