Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Kürdəmirdə təşkil edilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 20 müəssisə iştirak edib və 150-dən artıq vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.
Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.
Qeyd edək ki, bu kimi Əmək yarmarkalarının gələcəkdə də mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
Bizim.Media, Aran bürosu