Dünya çempionumuz Avropa Oyunlarında mübarizəni dayandırdı

Hazırda oxunan: Dünya çempionumuz Avropa Oyunlarında mübarizəni dayandırdı

143185

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən 3-cü Avropa Oyunlarına qələbə ilə başlayıb.  

Bizim.Media xəbər verir ki, 80 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb.  

Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçumuz 3-cü hissədə tam üstünlüklə qalib gəlib. O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.

Digər boksçularımızdan dünya çempionumuz Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirib və startdaca uduzub. Zeynəb Rəhimova (54 kq) da Lenuta Periyoçla (Rumıniya) mübarizədə eyni aqibəti yaşayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin